Braziliyanın San-Paulu əyalətində güclü yağan yağış sel və daşqınlara səbəb olub

Braziliyanın San-Paulu əyalətində güclü yağan yağış sel və daşqınlara səbəb olub

Braziliyanın cənub-şərqində yerləşən San-Paulu əyalətində güclü yağan yağış sel və daşqınlara səbəb olub.

Regional Yanğından Mühafizə İdarəsinin "Twitter" səhifəsində qeyd edilib ki, güclü sel nəticəsində 4 nəfər ölüb. Juliu-Meskita və Botukatu bələdiyyələrinin ərazisində 2 nəfər ölüb. Kapivara çayının yaxınlığında isə 2 qadının cəsədi tapılıb.

Qeyd edilib ki, 100-dən çox insanın məskunlaşdığı evlərin tavanı uçub. 500-dən çox insan təxliyə edilib. Hazırda daşqından ən çox ziyan görən şəhərlərdən biri olan Ozaskada xilasetmə işləri davam etdirilir.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31