İranda qar uçqunu- Ölənlər var

İranda qar uçqunu-Ölənlər var

İranın şimalındakı Gilan əyalətinə yağan qar uçquna səbəb olub.

İran Fövqəladə Hallar Agentliyinin sözçüsü Mucteba Halidi dövlət televiziyasına verdiyi açıqlamada Gilan əyalətinə yağan qarın bölgədəki həyata mənfi təsir etdiyini söyləyib. 
Halidi "Gilan əyalətinin Rudbar rayonunda baş verən uçqun nəticəsində 5 nəfər və əyalətin mərkəzindəki Rəşt şəhərində bir evin damının çökməsi səbəbiylə 2 nəfər həlak olub" deyib. 
Regionda bundan əlavə 78 nəfərin yıxılma və yıxılma nəticəsində aldığı zədə səbəbindən xəstəxanalara yerləşdirildiyi qeyd edilib.

Bir həftədir ki, İranın şimal və qərb bölgələrində yerləşən Gilan, Mazandaran, Ərdəbil, Şərqi və Qərbi Azərbaycan və Kürdüstanda dəhşətli qar yağıb. Bəzi bölgələrdə qarın yüksəkliyinin 6 metrdən çox olduğu və bir çox nəqliyyat yolunun bağlandığı bildirilib.

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31