ABŞ diplomatından türkcə açıqlama – “Şəhidimiz var...”

ABŞ diplomatından türkcə açıqlama – “Şəhidimiz var...”

Ötən gün axşam saatlarında Türkiyəyə gələn ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrinin türkcə "Şəhidimiz var" sözləri geniş müzakirələrə səbəb olub.

Ceffri Ankaranın Əsənboğa hava limanında jurnalistlərə açıqlamasında ABŞ-ın NATO-dakı müttəfiqi Türkiyə hərbçilərinin İdlibdə təhdidlə üz-üzə qaldığını bildirib.

Onun sözlərinə görə, bu təhdid Rusiya və Əsəd hökumətindən gəlir:

"Şəhidimiz var, başınız sağ olsun. Ankarada Türkiyə hökuməti ilə görüşüb dəstək vermək istəyirik".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31