Koronavirusun səbəb olduğu sətəlcəm xəstələrinə yeni antivirus dərmanı veriləcək

Koronavirusun səbəb olduğu sətəlcəm xəstələrinə yeni antivirus dərmanı veriləcək

Çin alimləri koronavirusun müalicəsində "Remdesivir" adlı dərmanın effektli olduğunu təsdiq ediblər. Dərmanın tərkibi "chloroquin" aktiv maddəsindən ibarətdir.

ABŞ-ın "Glead Sciences" əczaçılıq şirkəti tərəfindən hazırlanan "Remdesivir" artıq Ümumdünya Səhiyyə Təşkilatı və digər aidiyyatı qurumların nümayəndələrinin iştirakı ilə klinik sınaqlardan keçirilib.

Çinin "Hubey Wuhan Jinyintan" xəstəxanasında keçirilən mətbuat konfransında sınaq proqramının direktoru Cao Bin bu dərmanın Sars və Mers kimi digər betakoronoviruslar qrupu üçün də aktiv hesab olunduğunu bildirib.

Qeyd edək ki, "Remdesivir" Ebola virusunun müalicəsi üçün hazırlanıb, lakin dərman bu xəstəlikdə təsirsiz olduğu üçün lisenziya almayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31