Türk diplomatı qətlə yetirənlər edam olunacaq – Qərar

Türk diplomatı qətlə yetirənlər edam olunacaq – Qərar

İraq məhkəməsi türk diplomat Osman Köşəni öldürənlərdən ikisi haqda edam qərarı çıxarıb.

Bu barədə Şimali İraq Kürd Muxtariyyətinin Rudav xəbər saytı məlumat yayıb.

Ərbil Məhkəməsi türk diplomatın öldürülməsi əməliyyatında iştirak edən 6 nəfər haqqında qərar çıxarıb: 2 nəfər edam, 1 nəfər 1 il, 3 nəfər isə 3 il müddətinə həbs.

Xatırladıq ki, 2019-cu ilin 17 iyulunda Ərbildəki restorana edilən silahlı hücum nəticəsində türk diplomat şəhid edilmişdi.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31