Yüksək rütbəli məmurlar işdən çıxarıldı - Onları cəza gözləyir...

Çində koronavirusun yayılması ilə əlaqəli yüksək vəzifəli şəxslər işdən azad edib.

BBC  xəbər verir ki, Hubei əyalətinin Sağlamlıq Komissiyasının partiya katibi və komissiya başçısı da işini itirənlər sırasındadırlar. Onlar bu günə qədər vəzifədən uzaqlaşdırılan ən yüksək rütbəli məmurlardır. 

Qırmızı Xaçın yerli direktoru müavini də ianələrin idarə edilməsi ilə əlaqədar vəzifə borcunu yerinə yetirmədə məsuliyyətsizlik etdiyinə görə işdən azad edilib. Məmurlar vəzifələrindən kənarlaşdırılmaqla yanaşı, hakim Kommunist Partiyası tərəfindən də cəzalandırıla bilər.

Ayın əvvəlində Vuhan şəhərinin statistika bürosunun rəhbərinin müavini də partiya daxilindəki ciddi xəbərdarlıqları və üz maskaları yaymaq üçün müvafiq qaydaları pozduğuna görə işdən çıxarılıb.

Hubei əyalətində Vuhandan sonra ikinci ən çox virusa yoluxan şəhər olan Huanggangın sağlamlıq komissiyasının başçısı da vəzifəsindən azad edilib.

Çin hökuməti məsələlərin araşdırılması üçün Antikorrupsiya Agentliyindən bir qrupu Hubeyə göndərib.

Bazar ertəsi Hubei əyalətində təxminən 103 nəfər koronavirusdan ölüb. Bu isə günlük rekord göstərici kimi qiymətləndirilib.  Ümumilikdə ölənlərin sayının 1016 nəfər olduğu bildirilir. Lakin ölkə daxilində yeni yoluxma hallarının sayı təxminən 20%, 3062-dən 2478-ə qədər azalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31