Polis İsrail paytaxtındakı striptiz-klubları bağladı... - İbrətamiz
Polis İsrail paytaxtındakı striptiz-klubları bağladı...- İbrətamiz
11 Fevral 2020 10:53 Dünyaİsrail polisi Təl-Əvivdəki sonuncu 3 striptiz-klubu da bağlayıb.
İsrail televiziyasının 12-ci kanalı polisin paytaxtdakı son üç striptiz klubunu inzibati qaydada 30 gün müddətinə bağladığını bildirib. Polis dövlət prokurorluğunun son göstərişlərinə əsasən striptizin fahişəlik, onun təqdimatında iştirakın isə "fahişəlik xidmətlərinin istehlakı" kimi qəbul edilməsini rəhbər tutaraq davranıb.
Qapanmış klublar "Baby Dolls", "Shendu" və "GoGo"-dur. İnzibati bağlanma üçün verilən qərarın müddəti bitdikdən sonra polis məhkəmədən onun uzadılmasını tələb edəcəkdir. Polisin bildirdiyinə görə, İsraildə yalnız bir qanuni fəaliyyət göstərən striptiz-klub ölkənin şimalında yerləşir.
Xatırladılır ki, striptizin fahişəlik kimi tanınması ilə bağlı yeni təlimatlar İsrailin keçmiş Baş prokuroru Şayem Nitzan tərəfindən hazırlanıb və qəbul edilib. Bundan sonra isə klub sahiblərinə müəssisələrinin "əməliyyat xarakterini dəyişdirmək" vacibliyi barədə xəbərdarlıq edilib. Sonra polis klublarda "gizli araşdırmalar" aparıb. Və nəhayət, adları çəkilən hər üç klubda reydlər keçirilib.
Polis klublarda çalışan qadınları dindirib. Onların əksəriyyəti Şərqi Avropa dövlətlərinin vətəndaşlarıdır. İstintaqın təfərrüatları ilə tanış olan bir mənbə klublarda müştərilər üçün cinsi əlaqələrin baş tuta biləcəyi otaqların aşkarlanmadığıını bildirib.
Bir striptiz-rəqs müştəri üçün 25 şekelə başa gəlir. Striptizçilər maaş almırlar, amma müştərilərin "çay pulu" ilə dolanırlar və bu səbəbdən də "daha çox nömrə göstərməyə məcbur olurlar". "İstismarın kökü də elə burdadır" -deyə mənbə təəssüflə vurğulayır.
Moderator.az