Rusiyanın bu şəhərində Ermənistanın fəxri konsulluğu açılır
Rusiyanın bu şəhərində Ermənistanın fəxri konsulluğu açılır
11 Fevral 2020 10:51 DünyaBu il Nijni Novqorod şəhərində Ermənistanın fəxri konsulluğunun açılması planlaşdırılır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin şəhərdəki nümayəndəsi Sergey Malov fevralın 10-da keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Rusiya tərəfi bu vəzifəyə Nijni Novqorod erməni diasporunun rəhbəri Aqassi Alekyanın gətirilməsi haqda razılığa gəlib.
İndi namizədin Ermənistan səfirliyi tərəfindən təsdiqlənməsi gözlənilir.
konkret.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31