Koronavirusla bağlı son durum: Daha 103 nəfər öldü
Koronavirusla bağlı son durum: Daha 103 nəfər öldü
11 Fevral 2020 10:22 DünyaÇində koronavirusdan daha 103 nəfər ölüb. Beləcə epidemiyadan ölənlərin sayı 1013 nəfərə çatıb.
Bu informasiyanı Çin rəsmiləri açıqlayıb.
Mütəxəssislər bu xəstəliyin dünyanın 400 şəhərində yayıla biləcəyindən narahatlığını dilə gətirirlər.
"Financial Times" qəzeti Uhana bağlı olan Hubei əyalətində səhiyyə sisteminə rəhbərlik edən şəxslərin vəzifədən azad olunduğunu qeyd edib. Burada səhiyyə idarəsinə Çinin milli səhiyyə komitəsi sədrinin keçmiş müavini rəhbərlik edəcək.
Hazırda dünyanın 24 ölkəsində koronavirusun yayıldığı rəsmən təsdiqini tapıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31