Belə bir lideri nə Türkiyədə, nə də başqa bir ölkədə... - Çavuşoğlu

Belə bir lideri nə Türkiyədə, nə də başqa bir ölkədə... - Çavuşoğlu

Kipr probleminin həlli, adadakı türklərin bərabərliyi və təhlükəsizliyi ilə bağlı mövqeyimiz bəllidir.

Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

Qərb ölkələrinin Türkiyəni hədəf almaq üçün Kipr Prezidenti Mustafa Akıncıdan istifadə etdiyini deyən Çavuşoğlu belə bir lideri nə Türkiyədə, nə də başqa bir ölkədə gördüyünü söyləyib.

Çavuşoğlu Akıncının Kipr türklərinə layiq bir lider olmadığını söyləyib.

Qeyd edək ki, Şimali Kiprin Prezidenti Mustafa Akıncı rəhbərlik etdiyi ölkənin Türkiyəyə birləşməsi ehtimalını qorxunc adlandırmış, ya federallaşma (Cənubi Kiprlə), ya da müstəqil olmağı hədəflədiklərini bildirmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31