“Şahzadə razılıq versə, Netanyahu hazırdır” – Şok iddia

“Şahzadə razılıq versə, Netanyahu hazırdır” – Şok iddia

"ABŞ hökuməti Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman və İsrail Baş naziri Binyamin Netanyahu arasında görüş keçirməyə cəhd edir".

Bu barədə İsraildə nəşr olunan "Israel Hayom" qəzeti məlumat yayıb.

Nəşr ABŞ Dövlət katibi Mayk Pompeonun bu məqsədlə Səudiyyə və İsrail rəsmiləri ilə müzakirə apardığını yazıb.

Qəzet Pompeonun bir neçə aydır belə bir görüşün baş tutması üçün səy göstərdiyini vurğulayıb.

Bin Salman qəbul edəcəyi halda, görüş bir neçə həftə sonra Misirin paytaxtı Qahirədə keçiriləcək Ərəb-İsrail zirvəsi çərçivəsində baş tuta bilər.

Hələlik məlumata dair İsrail və Səudiyyə Ərəbistanında rəsmi münasibət bildirilməyib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31