Təyyarənin pəncərəsi çatladı, təcili geri qayıtdı
Təyyarənin pəncərəsi çatladı, təcili geri qayıtdı
10 Fevral 2020 17:37 DünyaRusiyada təyyarə nasazlıq səbəbindən təcili eniş edib.
"Pobeda" təyyarəsi Sankt-Peterburqdan Yekaterinburqa uçurmuş.
Bildirilir ki, təyyarənin havaya qalxmasından bir qədər sonra ekipaj üzvü baş verən texniki nasazlıq səbəbindən geri, Pulkovoya qayıdacaqlarını bildirib.
İlkin məlumata görə, təyyarənin ön pəncərəsində çat olub.
Bundan sonra ekipaj üzvləri Pulkovo aeroportu ilə əlaqə saxlayıb, hadisəni xəbər veriblər. Təyyarə normal qaydada eniş edib və sərnişinlər terminala qayıdıblar.
SEHERXEBER.ORG
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31