Türkiyə 5 şəhidinin qisasını aldı - Altun
Türkiyə 5 şəhidinin qisasını aldı - Altun
10 Fevral 2020 17:24 DünyaOrdumuza edilən hücuma cavab verildi.
Olaylar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun İdlibdə rejim tərəfindən türk ordusuna olunan hücumla bağlı danışarkən deyib.
"Türk əsgərinə edilən hücuma cavab verildi və düşmən ordusunun mövqeləri aşkar edilərək, məhv edildi. Hər kəs bilsin ki, biz şəhidlərimizin qanını yerdə qoymadıq, bundan sonra da qoymayacağıq", - Altun qeyd edib.
Qeyd edək ki, Suriyanın İdlib bölgəsində Əsəd ordusunun hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 5 əsgəri şəhid olub, 5- i isə yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31