Türk ordusu Əsədin ələ keçirdiyi Sərakibə irəliləyir

Türk ordusu Əsədin ələ keçirdiyi Sərakibə irəliləyir

Hazırda Suriya Prezidenti Bəşər Əsədin nəzarətində olan İdlibin Sərakib şəhərini geri qaytarmağa çalışan müxalif qüvvələr hücuma başlayıb.

Əsəd qüvvələrinin Neyrab və Sərakibdəki hədəfləri bombaladığı bildirilir.

Yerli mənbələrin yaydığı videoda isə mehmetçiyin Sərakib şəhərinə irəlilədiyi məlum olur.

Əməliyyata dəstək verən Türkiyə Silahlı Qüvvələri tərəfindən Sərakibdəki Əsəd ordusuna atəş açılıb.

Müxalifətin daha bir hədəfinin Neyrab şəhəri olacağı deyilir.

Xatırladaq ki, Sərakib şəhəri bir neçə gün öncə Rusiyanın dəstəyi ilə Əsəd qüvvələri tərəfindən ələ keçirilmişdi.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31