Stalinin nəticəsi itkin düşüb

Stalinin nəticəsi itkin düşüb

İosif Stalinin nəticəsi Səlim Moskvada itkin düşüb. "OLAYLAR"-ın Türkiyə bürosu xəbər verir ki, məlumatı Səlimin atası, əlcəzairli diplomat Hüseyin bin Saad verib. O oğlu ilə ən son 15 sentyabr, 2019-cu il tarixində görüşdüyünü bildirib. Hüseyin bin Saad oğlu ilə yaxşı münasibətdə olduğunu qeyd edib. Ancaq diplomat bir neçə ay əvvəl oğlundan "Mənimlə vəkilim vasitəsilə görüşə bilərsən" xəbərini alıb. Hüseyin bin Saad bu olaydan sonra oğlu ilə əlaqənin kəsildiyni bildirib. O, polisə müraciət etsə də, məişət münaqişəsi səbəbindən polisin həmin müraciətə baxmadığı bildirilir. Qonşuları isə Səlimin Moskvanın mərkəzindəki mənzilinin boş olduğunu və orada bir neçə ayın kommunal xidmət borclarının yığıldığını bildiriblər.

Qeyd edək ki, Səlim Stalinin 2007-ci ildə vəfat edən nəvəsi Qalina Stalina və əlcəzairli diplomat Hüseyin bin Saadın övladıdır. Qalina isə 1943-cü ildə Alman əsirliyində həlak olan Yakov Cuqaşvilinin qızıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31