Merkelin varisi kansler olmaqdan imtina etdi
Merkelin varisi kansler olmaqdan imtina etdi
10 Fevral 2020 15:53 DünyaAlmaniya Xristian Demokratik İttifaqı Partiyasının sədri Anneqret Kramp-Karrenbauer 2021-ci ildə Almaniya parlamentinə keçiriləcək seçkidə kansler vəzifəsinə namizədliyini irəli sürməkdən imtina edib.
Bu barədə qərarını o, partiyasının Rəyasət Heyətinin toplantısında elan edib. Kramp-Karrenbauer seçkidən sonra partiyanın liderliyindən də gedəcəyini bildirib.
Qeyd edək ki, Kramp-Karrenbauer hazırda Almaniyanın müdafiə naziridir.
Bundan öncə onun Almaniya kansleri Angela Merkelin xələfi olacağı vurğulanmışdı.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31