İpək Yolu bağlandı: Əraziyə polis və texnika yeridildi
İpək Yolu bağlandı: Əraziyə polis və texnika yeridildi
10 Fevral 2020 15:52 DünyaTürkiyənin Mardin şəhərində axşam saatlarında yağmağa başlayan güclü qar səbəbindən Asiyanı Avropaya birləşdirən İpək Yolu bağlanıb.
Yolda nəqliyyatın hərəkətini bərpa etmək üçün çoxlu sayda qartəmizləyici texnika cəlb olunub.
Həmçinin, yolda qalan avtomobillərdəki insanlar üçün yarana biləcək hər hansı təhlükənin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb.
Əraziyə polis və yol nəqliyyat əməkdaşları cəlb edilib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31