ABŞ İraqdan qoşunları çıxarmağa başladı

ABŞ İraqdan qoşunları çıxarmağa başladı

"ABŞ İraqdakı 15 hərbi bazadan hərbi hissələrini çıxarmağa başlayıb".

Bunu İraq parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Əli əl-Qənimi deyib.

Onun sözlərinə görə, amerikalılar mövcudluğunu iki böyük bazada - ölkənin şimalındakı Ərbil şəhəri yaxınlığındakı bazada və paytaxt Bağdadın 180 km qərbində yerləşən Ənbər vilayətindəki "Ayn əl-Əsəd" aviabazasında məhdudlaşdırmağa qərar veriblər: "Amma ölkə parlamenti və İraq xalqı Amerika qoşunlarının bütün bazalardan çıxmasını tələb edir".

Hələlik ABŞ tərəfi İraqdakı 15 hərbi obyektdən çıxması ilə bağlı məsələyə münasibət bildirməyib.

Unikal.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31