Misir Vahid Afrika Qoşununun yaradılmasını istəyir
Misir Vahid Afrika Qoşununun yaradılmasını istəyir
10 Fevral 2020 15:40 DünyaƏddis-Əbəbədə keçirilən Afrika İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının 33-cü sammitində çıxış edən Misir Prezidenti Əbdülfəttah əs-Sisi terrorizmə qarşı Vahid Afrika Qoşununun yaradılmasını təklif edib. O, bu məsələni müzakirə etmək üçün ölkəsinin Qahirədə xüsusi toplantı keçirməyə hazır olduğunu bildirib.
AzərTAc xəbər verir ki, Misirin Afrika İttifaqına sədrliyi dövründə terrorizmə və ekstremizmə qarşı mübarizədə böyük uğurlar əldə olunub. Prezident əs-Sisi qeyd edib ki, Afrika ölkələri daha yaxşı gələcək naminə terror bəlasının qarşısını almalıdırlar. Misirin dövlət başçısı xatırladıb ki, hazırkı sammit də məhz "Silahlar sussun. Afrikanın inkişafı üçün daha yaxşı şərait" mövzusunda keçirilir.
Sammitin sonuncu iclasında Misir Prezidenti Afrika İttifaqına sədrliyi Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramazofaya təhvil verib.