ABŞ-ın 2021 büdcəsi savaş üçündür - Rusiya
ABŞ-ın 2021 büdcəsi savaş üçündür - Rusiya
10 Fevral 2020 15:26 DünyaABŞ-ın gələnilki büdcəsi beynəlxalq konfliktlərin və hibrid müharibələrin davam etdirilməsinə yönəlib.
Bunu "RİA Novosti"yə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədri Konstantin Kosaçev deyib.
O, ABŞ-ın 2021 büdcəsini "antihumanist sənəd" adlandırıb.
Kosaçev ABŞ-ın həmçinin gələn il Rusiya və Çinə qarşı mübarizə üçün xərclərini artırmaq niyyətində olduğunu deyib.
Qeyd edək ki, gələn il ABŞ büdcəsinin 4,8 trilyon dollar olması nəzərdə tutulub. Gələn ilin büdcəsində müdafiə xərclərinin 738 milyarddan 740,5 milyarda qədər artırılacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31