Almaniyada güclü qasırğa -Uçuşlar ləğv edildi

Almaniyada güclü qasırğa-Uçuşlar ləğv edildi

Almaniyada "Sabine" qasırğası səbəbilə bir çox hava şirkətləri uçuşlarını ləğv edib. Frankfurt hava limanından verilən açıqlamaya görə, saatda təxminən 120 kilometr sürətlə əsən külək hava limanında fasilələrin olmasına və uçuşların təhlükəsizliyi üçün planlaşdırılan 140 uçuşun ləğv edilməsinə səbəb olub.
Dünən Berlin, Frankfurt, Düsseldorf, Köln-Bonn, Münhen və Hamburq hava limanlarında 350-dən çox reys ləğv edilib. Eyni zamanda Almaniyanın "Lufthansa" aviaşirkəti də Münhen hava limanında planlaşdırılan uçuşlarının günortaya qədər dayandırıldığını açıqlayıb.
Qasırğanın təyyarənin havaya qalxmasına və enməsinə mənfi təsir göstərəcəyini proqnozlaşdıran rəsmilər, sərnişinlərin uçuşlar haqqında internet portalında məlumat ala biləcəklərini elan ediblər.
Almaniyada başlayan "Sabine" qasırğası dəmiryol nəqliyyatında problemlər yaradıb. Alman Meteorologiya İdarəsi, təsirinin artacağı gözlənilən "Sabine" qasırğası ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edib.

sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31