Ukrayna: Kiyevin hələ Rusiyaya səfir təyin etmək niyyəti yoxdur

Ukrayna: Kiyevin hələ Rusiyaya səfir təyin etmək niyyəti yoxdur

Ukrayna Xarici İşlər Nazirliyi Kiyevin Rusiyadakı səfirini təyin etmək niyyətində olmadığını və Moskvadan müvafiq sorğu alınmadığını bildirib.

Bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Bundan əvvəl bir sıra KİV-lər Rusiya tərəfinin Rusiya Federasiyasının Ukraynadakı səfiri vəzifəsinə namizədlərə baxdıqlarını bildirmişdilər. Səfirin ölkənin baş nazirinin müavini Dmitri Kozak olacağı güman edilirdi.

"Hazırda Ukraynanın Rusiya Federasiyasındakı diplomatik qurumunun rəhbərinin vakant vəzifəsinin doldurulması planlaşdırılmır". Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamasında belə deyilir.

Həmçinin, Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Federasiyasından yeni səfir təyin edilməsi ilə bağlı sorğu almadıqlarını təsdiqləyib.

KONKRET.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31