Bill Qeyts 644 milyona yaxta alır
Bill Qeyts 644 milyona yaxta alır
10 Fevral 2020 14:17 DünyaBill Qeyts dünyanın hidrogenlə işləyən ilk super yaxtasını 644 milyon dollara alır.
"Microsoft"un qurucusu Bill Qeyts hidrogenlə işləyən 644 milyon dollarlıq superyaxta alır.
Hollandiyada yerləşən "Sinot" yaxta memarlıq şirkəti tərəfindən hazırlanan 112 metrlik lüks yaxtanın konsepsiyası keçən il "Monako Yaxta Sərgisi"ndə təqdim edildi.
Sərvəti 96 milyard dolları ötmüş, dünyanın ikinci ən varlı adamı Bill Qeyts, "Aqua" adlı yaxtanı sifariş verən ilk şəxs olub.
Beş mərtəbəsi olan yaxtanın inşasının 2024-cü ildə başa çatdırılması gözlənilir.
Qeyd edək ki, dünyada hidrogenlə işləyən ilk yaxta 14 sərnişin tutumuna malikdir.
Sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31