Rusiyada ağır yol qəzası- 2 ölü, 38 yaralı

RUSİYADA AĞIR YOL QƏZASI 2 ÖLÜ 38 YARALI

Rusiyanın Kemerovo vilayətinin Anjero-Sudjensk şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Kemerovo- Anjero-Sudjensk avtomobil yolunun 60-cı kilometrliyində qeydə alınıb. Belə ki, 50 sərnişini olan avtobus sürücüsü idarəetməni itirib və yük maşını ilə toqquşub.

Nəticədə avtobus sürücüsü hadisə yerində, 72 yaşlı qadın sərnişin isə xəstəxanada əməliyyat masasında dünyasını dəyişib. Bundan əlavə, 38 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Rusiyada ağır yol qəzası  2 ölü  38 yaralı

qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31