Səudiyyə Yəmən paytaxtı ətrafına səkkiz aviazərbə endirib- ölənlər var
Səudiyyə Yəmən paytaxtı ətrafına səkkiz aviazərbə endirib- ölənlər var
10 Fevral 2020 12:25 DünyaSəudiyyə Ərəbistanın hərbi koalisiyasının təyyarələri Yəmən paytaxtının ətrafına hava zərbələri endirib.
Bildirilib ki, Səudiyyə Ərəbistanın hərbi koalisiyası Səna əyalətinin Nəhim rayonunda Cəbəl-Salb məntəqəsinə azı 8 hava zərbəsi endirib.
Hava zərbələrində ölənlərin olduğu və onların arasında mülki şəxslərin mövcud olduğu bildirilib.
Qeyd edək ki, Yəməndə atəşkəslə bağlı əldə edilmiş "əl-Hudeyda sazişi" və "ər-Riyad" anlaşması son aylarda ciddi şəkildə pozulur. Bu anlaşmalardan biri husilərlə Səudiyyə koalisiyası arasında, digəri isə prezident Abdu-Rabbih Mansur Hadi (Ədən şəhəri) ilə cənubdakı separatçı qüvvələri arasında əldə edilmiş anlaşmalardır.
INTERAZTV.COM
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31