ABŞ buna mane ola bilməyəcək - Rusiya

ABŞ buna mane ola bilməyəcək - Rusiya

Şimal Axını-2 qaz kəmərinin tikintisi ABŞ-ın yeni sanksiyalarına rəğmən başa çatdırılacaq.

Bunu Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Pankin deyib.

"ABŞ-ın bütün təzyiqlərinə rəğmən, Şimal Axını-2-nin tikintisi uğurla başa çatacaq. Rusiya Xarici İşlər Nazirliyi bunu reallaşdırmağı hədəfləyib", - deyə o bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31