Prezident kütləvi davaya görə onları işdən çıxartdı

Prezident kütləvi davaya görə onları işdən çıxartdı

Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev kütləvi davanın baş verdiyi Jambıl vilayətinin Korday rayonunun rəhbərini vəzifəsindən azad edib.

Olaylar.az xəbər verir ki, bu məlumatı Qazaxıstan Prezidentinin mətbuat xidməti yayıb. Rayon rəhbəri ilə bərabər vilayətin rəhbərinin sosial məsələlər üzrə müavini Sluşaş Kurmanbekov, vilayət polisinin rəhbəriArman Orazaliyev, Korday polisinin rəhbəri Əzəmət Ayximbekov da vəzifədən azad edilib.

Qeyd edək ki, Kordayda bundan öncə milli zəmində kütləvi dava baş verib. Nəticədə 10 nəfər ölüb, 50 nəfər yaralanıb, onlarla ev, maşın və ticarət obyekti dağıdılaraq, yandırılıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31