İsrail və ərəb ölkələri anlaşdı – Şeyxin planı

İsrail və ərəb ölkələri anlaşdı – Şeyxin planı

"İsrail və ərəb ölkələri arasında təcavüzkarlığa dair müqavilə imzalanacaq".

Bu iddia ilə Qətərin keçmiş baş naziri Şeyx Haməd bin Qasım əl-Sani çıxış edib.

Şeyx Haməd ABŞ-ın "Əsrin müqaviləsi"ni elan etməsindən sonra növbəti addımın İsrail, Körfəz ölkələri, Mərakeş, Misir, İordaniya və digər ərəb dövlətləri arasında hərbi müdaxilələrin qadağan edilməsinə dair anlaşmanın imzalanması olacağını bildirib.

İordaniya və Misir istisna olmaqla, ərəb ölkələrinin İsraillə hələlik diplomatik münasibətləri yoxdur.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31