Prezidentdən inqilabi qərar - Hökumət kiçildilir

Prezidentdən inqilabi qərar - Hökumət kiçildilir

"Ukrayna hökuməti bu il dövlət aparatının ən azı 10% -ni ixtisar edəcək".

Bu barədə Ukrayna Baş naziri Aleksey Qonçaruk açıqlama verib.

"Bu il biz dövlət aparatını ən azı 10% azaldacağıq. İT alətlərini tətbiq etməklə böyük qənaət gözləyirik. Yəni dövlət xidmətlərinin bir hissəsi internetə köçürüləcək", - baş nazir vurğulayıb.

Onun fikrincə, dövlət orqanlarının strukturları daha yığcam və səmərəli olmalıdır.

Məlumatda Ukrayna Prezidenti Vladimir Zelenskinin ona təklif olunmuş bu planı müsbət qarşıladığı bildirilib.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31