Rusiyalı jurnalist efirdə Lvov şəhərinin merini təhqir etdi
Rusiyalı jurnalist efirdə Lvov şəhərinin merini təhqir etdi
10 Fevral 2020 11:29 DünyaLvov şəhərinin meri Andrey Sadovoy yaramaz və dinsizdir.
Bu sözləri rusiyalı jurnalist Vladimir Solovyov "Rusiya" telekanalının efirində deyib.
Ramblerin xəbər verdiyi kimi, sovet kəşfiyyatçısı Nikolay Kuznetsovun qardaşı qızı və Sverdlovsk vilayətinin hakimiyyəti Lvov şəhər meriyasına hərbçinin qalıqlarının çıxarılaraq yenidən Rusiyada dəfn edilməsi üçün müraciət ediblər.
Ötən həftə Andrey Sadovoy müraciətə cavab olaraq bildirib ki, Lvov Şəhər Şurası bu məsələyə yalnız Rusiyada saxlanılan ukraynalıların Ukraynaya qaytarılacağından sonra baxa bilər.

KONKRET.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31