Ruslar öz milliyyətini özləri seçəcək

Ruslar öz milliyyətini özləri seçəcək

Ruslar 2020-ci ilin payızında keçiriləcək siyahıyaalmada istənilən milliyyəti seçə biləcəklər.

Bu barədə Dövlət Dumasının Milliyyətlər işləri üzrə komitə sədrinin birinci müavini İldar Hilmuddinov bildirib.

Onun sözlərinə əsasən, bir şəxs "özünü necə adlandırırsa, anketlərdə də elə qeyd olunmalıdır". Rusiya Konstitusiyasının 26-cı maddəsi vətəndaşların öz milliyətlərini müəyyənləşdirməyə məcbur olunmasını qadağan edir.

Bu məsələ Rusiya vətəndaşları ilə yanaşı, Rusiyada daimi və ya müvəqqəti olaraq yaşayan xarici vətəndaşlara da aiddir. Siyahıyaalma anketləri ingilis, çin və tatar daxil olmaqla on dilə tərcümə olunacaq. Beləliklə, vətəndaşlar suallara onlar üçün daha rahat olan dildə cavab verə biləcəklər.

big.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31