Tailandda rus turistləri daşıyan qayıqlar toqquşdu: 2 ölü, 20 yaralı

Tailandda rus turistləri daşıyan qayıqlar toqquşdu: 2 ölü, 20 yaralı

Tailandın Phuket adasında turistləri daşıyan iki sürətli qayıq toqquşub.

Olaylar.az  qafqazinfo-ya istinadən xəbər verir ki, insident nəticəsində Rusiya vətəndaşları olan iki uşaq vəfat edib. Onların 12 yaşlı oğlan və 6 yaşlı qız olduğu bildirilir.

Qeyd olunur ki, ümumilikdə qayıqlarda 40 nəfər olub ki, onların əksəriyyətini ruslar təşkil edib. Xəsarət alan 20 rus xəstəxanalara yerləşdirilib. Ekipaj üzvləri yaralanmayıb.

Rusiyanın Tailanddakı səfirliyi faktı təsdiqləyib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31