Ermənistanda atışma: Ölənlər və yaralananlar var
Ermənistanda atışma: Ölənlər və yaralananlar var
10 Fevral 2020 10:57 DünyaErmənistanın Lori əyalətində kütləvi dava olub.
Bu barədə "Shamshyan.com"a istinadən xəbər verir.
Qeyd edilir ki, hadisə Bazum ərazisində qeydə alınıb. Dava atışma ilə nəticələnib. Atışma zamanı 2 nəfər öldürülüb, daha 2 nəfər yaralanıb. Hadisə yerinə gələn polis əməkdaşları ərazidə tamamilə yanmış "VAZ-2121" markalı avtomobili aşkarlayıblar. Avtomobildə avtomat silah tapılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları "Niva" avtomobilinin hadisə ilə əlaqədar yandırılmasından şübhələnirlər.
Faktla bağlı cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının əməksdaşları ölənlərin və yaralananların şəxsiyyətini müəyyənləşdirirlər. /Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31