“Amerika əsgərlərini otellərdə də izləyirik...”
“Amerika əsgərlərini otellərdə də izləyirik...”
9 Fevral 2020 14:41 DünyaFars körfəzində dislokasiya olunmuş bütün Amerika qoşunları İranın daimi müşahidəsi və nəzarəti altındadır. Belə bəyanatla İranın konstitusiyaya riayət edilməsinə nəzarət Şurasının (Ali dini lider yanında məşvərətçi orqan) katibi, general Möhsün Rezayi "Fars" agentliyinə müsahibəsində çıxış edib.
"ABŞ-ın bu regiondakı bütün bazaları bizim müşahidəmiz altındadır, o cümlədən ABŞ təyyarədaşıyanları. Və biz bilirik ki, ABŞ-ın burada nə qədər gəmisi var və onlar konkret olaraq haradadırlar",-o deyib.

Rezayi qeyd edib ki, İranın ABŞ hərbçilərinin koordinatları barədə informasiyaları "çox dəqiqdir".
"Hətta Amerika əsgərləri Küveyt və ya Bəhreyndə otellərə baş çəkəndə də biz onları izləyirik",-o bildirib. Rezayi əlavə edib ki, İran İraqdakı Ayn-əl-Əsəd aviabazasına raket zərbələri endirərəkən "dəqiq hesablamalar aparmışdı" və orada nələrin olduğuna dair "tam informasiyaya" malik idi.

Xatırladaq ki, yanvarın 8-də İran general Qasım Süleymaninin öldürülməsinin qısası olaraq İraqdakı Amerika aviabazasına raket zərbələri endirib. Onlarla amerikalı hərbçi partlayış dalğasının nəticəsində xəsarətlər alıb.
Virtualaz.org