Kosmonavt Qaqarinin gəzdiyi ZİL-111V satışa çıxarılır
Kosmonavt Qaqarının gəzdiyi ZİL-111V satışa çıxarılır
9 Fevral 2020 13:38 DünyaDünyanın ilk kosmonavtı Yuri Qararinin avtomobili auksionda satılacaq.
Yuri Qaqarinin sürdüyü ZİL-111V maşını Moskvada satışa çıxarılacaq. Hansı ki, Qaqarin kosmosdan yerə endikdən sonra həmin avtomobillə Kremlə gəlib.
ZİL-111V çox az sayda istehsal olunan modellərdəndir və cəmi 12 ədəd bu modeldən istehsal olunub. Onu da qeyd edək ki, Qaqarin bu avtomobildən cəmi bir dəfə 14 aprel 1961-ci ildə Kremlə gələrkən istifadə edib. Maşın indiyədək bir dəfə də olsun rənglənməyib. Hətta təkəri belə dəyişdirilməyib. Maşın indiyədək cəmi 35 min kilometr məsafə qət edib.
ölkə.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31