Fransada bir xizək kurortunda 5 nəfər koronavirusa yoluxub
Fransada bir xizək kurortunda 5 nəfər koronavirusa yoluxub
9 Fevral 2020 12:54 DünyaFransadakı dağ-xizək kurortunda beş britaniyalı yeni tipli koronavirusa yoluxub.
Bu haqda informasiyanı "Daily Mail" nəşri Fransanın Səhiyyə Nazirliyinə istinadən yayıb.
Koronavirus xəstəliyinə yoluxmuş Britaniyanın Brayton şəhərinin sakini Sinqapurdan Le Contamines-Montjoie dağlıq kəndinə gəlib və burada dörd gün qalıb. Xəstəliyin simptomları turistin vətəninə qayıtdıqdan sonra özünü göstərib və o, xəstəxanaya yerləşdirilib.
Mənbələrə görə, koronavirus kurorta gələn doqquz yaşlı uşaq da daxil olmaqla beş nəfərdə aşkar edilib.
Səhiyyə Nazirliyindən bildiriblər ki, onların hamısı xəstəxanaya yerləşdirilib və təcrid olunub.
31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda koronavirus xəstəliyini aşkar edib. Xəstəlik "2019-nCoV"un yeni bir növüdür.
KONKRET.az