Qəbiristanlıqda tələbəyə təcavüz etdilər

Qəbiristanlıqda tələbəyə təcavüz etdilər

Rusiyanın Tambov vilayətində yeniyetmə təcavüzə uğrayıb.

REN TV-nin xəbərinə görə, 16 yaşlı kollec tələbəsi olan qıza təcavüz edilib.

Belə ki, fevralın 3-də dərsdən evə qayıdan qız qəbiristanlığın yaxınlığından keçəndə bir nəfər ona hücum edib.

Hadisə ilə əlaqədar zərərçəkmiş polisə müraciət edib. Hüquq-mühafizə orqanları hadisəni törədən şəxsin kimliyini müəyyən ediblər.

35 yaşlı həmin yerli sakinin daha əvvəl eyni cinayətlə məhkum olduğu müəyyənləşdirilib. Həmin şəxs həbs edilib.

oxu24.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31