Ərdoğan ABŞ-a MEYDAN OXUDU: “Buna icazə verməyəcəyik”

Ərdoğan ABŞ-a MEYDAN OXUDU: “Buna icazə verməyəcəyik”

Türkiyə ABŞ-ın Yaxın Şərq planına münasibət bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Yaxın Şərq planına etiraz edərək "bu xəyalın gerçəkləşməsinə icazə verməyəcəyik, planı tanımırıq. Bu plan bölgədə sülh və hüzuru təhdid edir", - deyə bildirib.

Türkiyə prezidenti bu fikirləri Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən Parlamentlərarası Qüds Platformasının Üçüncü Konfransında səsləndirib.

Qeyd edək ki, konfransın açılışında çıxış edən Malayziyanın Baş naziri Mahathir Muhammed ABŞ prezidenti Donald Trampın İsrail ilə hazırladığı qondarma Yaxın Şərq Sülh Planını sərt tənqid etmişdi.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31