Qiyamçı general Netanyahu ilə niyə görüşdüyünü açıqladı
Qiyamçı general Netanyahu ilə niyə görüşdüyünü açıqladı
9 Fevral 2020 11:20 Dünyaİsrailin Baş naziri Benyamin Netanyahunun Sudanda qiyamçı general Əbdülfəttah əl-Burhan ilə görüşdüyü məlum olub.
Qiyamçı general Netanyahu ilə Sudanın milli təhlükəsizliyini və xalqın mənfəətini qorumaq üçün görüşdüyünü deyib.
"Sudan ilə İsrail arasındakı əlaqələrin inkişafı Konstitusiya Bəyannaməsində göstərildiyi kimi müvafiq qurumların işidir. Ərəb Dövlətləri Liqasının qərarlarına uyğun olaraq, Sudanın Fələstin məsələsindəki prinsipial mövqeyini və xalqımızın müstəqil dövlət yaratmaq haqqını bir daha dəstəkləyirəm", - Əbdülfəttah əl-Burhan bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31