ÜST koronavirusa görə Çinə heyət göndərir
ÜST koronavirusa görə Çinə heyət göndərir
9 Fevral 2020 11:18 DünyaÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərlik etdiyi beynəlxalq nümayəndə heyəti koronavirus epidemiyası (2019-nkov) ilə bağlı Çinə yola düşəcək.
Bu barədə ÜST məlumat yayıb.
"Nümayəndə heyətinin rəhbəri ya bazar ertəsi, ya da çərşənbə axşamı Çinə gedəcək. Üzvlər isə daha sonra yola düşəcək", - ÜST-dən bildirilib.
Qeyd edək ki, Çində öldürücü epidemiyadan 723 insan həyatını itirib.
Dünya üzrə isə 34 min 827 nəfər koronavirus epidemiyasına yoluxub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31