ABŞ-ın Çindəki diplomatik nümayəndəliyi viza verilməsini dayandırır

ABŞ-ın Çindəki diplomatik nümayəndəliyi viza verilməsini dayandırır

ABŞ-ın Çindəki səfirliyi və baş konsulluqları yeni növ koronavirusunun (2019-nCoV) yayılması ilə əlaqədar fevralın 10-danetibarən viza verilməsi üzrə xidmətlərini dayandıracaq.

Bu barədə Dövlət Departamentinin açıqlamasında bildirilir.

Qeyd olunur ki, koronavirusla əlaqədar vəziyyətə görə, ABŞ səfirliyi və baş konsulluqlarında çox məhdud personal işləyir, bu səbəbdən onlar viza xidmətləri ilə bağlı müraciətlərə cavab vermək iqtidarında deyillər.

Eyni zamanda, diplomatlar təcili hallarda yardım göstərməyə hazır olacaqlar.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31