Qazaxıstan prezidenti: "Təxribatçılar məsuliyyətə cəlb ediləcək"
Qazaxıstan prezidenti: "Təxribatçılar məsuliyyətə cəlb ediləcək"
9 Fevral 2020 10:41 Dünya"Qazaxıstanın Korday rayonunda vəziyyət sabitləşib".
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
O, münaqişənin böyüməsinə görə cavabdeh olan təxribatçıların məsuliyyətə cəlb ediləcəklərini, faciənin baş verməsinin qarşısını ala bilməyən dövlət orqanlarının əməkdaşlarının cəzalandırılacağını söyləyib.
Prezident zərərçəkənlərə yardım göstəriləcəyini söyləyib və həmvətənlərinə məsuliyyətli vətəndaş mövqelərini ortaya qoyduqlarına görə təşəkkürünü bildirib.
Xatırladaq ki, fevralın 8-nə keçən gecə Qazaxıstanın Jambıl vilayətində toqquşma və kütləvi dava olub. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşlar zamanı 8 nəfər ölüb, 40 nəfər yaralanıb, 47 nəfər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
report.az