Fransa polisi “sarı jiletlilər”in aksiyasını dağıtdı
Fransa polisi “sarı jiletlilər”in aksiyasını dağıtdı
9 Fevral 2020 10:34 DünyaFransanın paytaxtı Parisdə toplaşan etirazçılar polislər tərəfindən cərimələnib və aksiya dağıdılıb.
Parisin qadağan olan küçələrində aksiya keçirməyə cəhd edən, özünü "sarı jiletli" adlandıran 140 aksiya iştirakçısı cərimə, 32 nəfəri sorğu-sual olunub.
Onların arasında "sarı jiletlilər"in rəhbəri Erik Drue də olub. Paytaxtın xüsusilə Yelisey küçəsi, San-Lazar vağzalı və böyük mağazaların ətrafında toplaşmaq Paris Baş Polis İdarəsinin dünən verdiyi rəsmi qərarı əsasında qadağan edilib. Nümayiş iştirakçıları isə qadağaya məhəl qoymayaraq aksiya keçirməyə cəhd göstəriblər.
Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31