Qədim mayyalıların sirri açılır
Qədim mayyalıların sirri açılır
7 Fevral 2020 18:45 DünyaAlmaniyanın Heidelberg Universitetinin alimləri Meksikanın Tulum şəhəri yaxınlığında mağaralar şəbəkəsində 30 yaşlı qadının qədim skeletini tapıblar. Bu barədə universitetin Phys.org-a açıqlamasında bildirilib.
Bildirilib ki, tapıntı, iki fərqli qrupa aid olan Mayalıların əcdadlarının sirrini üzə çıxarır.
Tədqiqatçılar Çan Hol mağarasında 30 faizi qorunan qədim insan qalıqlarını aşkar ediblər. Onlar Çan Hol 3 kimi qeyd olunur. Tədqiqatın nəticələri qadının ən azı 9,900 il əvvəl yaşadığını göstərir. Kəllə sümüyünün xüsusiyyətləri Tulum mağaralarından olanlara uyğundur.
Alimlər hesab edirlər ki, kəllənin səciyyəvi xüsusiyyətləri, Meksikada Pleistosendən Holosenə keçid zamanı bir-birindən ayrı yaşayan iki morfoloji cəhətdən fərqli insanlar qrupunun mövcudluğunu təsdiq edir. Eyni zamanda tədqiqatlar göstərir ki, ya bu qruplar əvvəlcə Yukatan yarımadasına gəlib, ya da az sayda sakin bir-birindən ayrı vəziyyətdə yaşamağa başlayıblar.
sia.az