Azərbaycanla sərhəddə “1 milyonluq qızlar” saxlanıldı - Ərəb ölkəsinə aparırdılar
Azərbaycanla sərhəddə “1 milyonluq qızlar” saxlanıldı - Ərəb ölkəsinə aparırdılar
7 Fevral 2020 18:38 DünyaDağıstandan Bəhreynə cinsi istismar üçün iki qızı aparmaq istəyən şəxslər yaxalanıblar.
Yerli polisin keçirdiyi əməliyyat nəticəsində Bəhreynə fahişəlik etmək üçün aparılan iki qız Azərbaycan sərhədində saxlanılıb. Məlum olub ki, onlar Azərbaycan sərhədini keçəndən sonra Bakıdan Bəhreynə uçacaqlarmış.
İlkin araşdırmadan sonra məlum olub ki, hər iki qız 1 milyon rubla (təxminən 27 min manata) satılıb. Saxlanılan qızların hər ikisinin Mahaçqala şəhər sakini olduğu bildirilir. Onları satmaq istəyən qadın isə polisə aparılıb və haqqında cinayət işi qaldırılıb. (Lent.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31