Yerevanda 10-dan çox şagird donuz qripinə yoluxub

YEREVANDA 10-DAN ÇOX ŞAGİRD “DONUZ QRİPİ”NƏ YOLUXUB

Yerevanda orta məktəblərin birində 10-dan çox şagird "donuz qripi" (A H1N1) virusuna yoluxub.

Məktəbin direktoru Natalya Stepanyan bildirib ki, 10-dan çox şagirddə "donuz qripi" aşkarlanıb.

Onun sözlərinə görə, rəqəmin artacağı istisna edilmir. Belə ki, bütün valideynlər tibbi arayış gətirməyiblər.

Virusa yoluxanlar əsasən, 3,7 və 9-cu sinif şagirdləridir.

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, mövsümün əvvəlindən Ermənistanda 740 xəstənin bioloji nümunələri üzərində tədqiqat aparılıb, nəticədə 18,5% insanda A H1N1 qripi aşkar edilib.

qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31