Donald Trampdan koronavirusla bağlı açıqlama
Donald Trampdan koronavirusla bağlı açıqlama
7 Fevral 2020 17:36 DünyaABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpin ilə koronavirus haqqında danışdıqlarını və Çinlə əməkdaşlıq edəcəklərini açıqlayıb.
Donald Tramp bununla bağlı öz "twitter" səhifəsində payalaşım edib:
"Bu yaxınlarda Çin Prezidenti Si ilə telefonla uzun və yaxşı bir söhbət etdik. O, güclü və qətiyyətli olaraq Koronavirusa qarşı mübarizə aparmağa diqqətini yönəldib. Özlərinin çox yaxşı olduğunu düşünür və hətta bir neçə gündə bir xəstəxana tikiblər. Bu asan deyil, amma uğurlu olacaq. Xüsusilə də havalar qızanda və virus zəiflədikdə Prezident Si çox uğurlu bir əməliyyat həyata keçirdiyi üçün Çində böyük bir nizam-intizam yaşanır. Biz iş ortaqlığı edəcəyik".
Xatırladaq ki, daha öncə Çin ABŞ-ı epidemiya ilə bağlı qorxu yaratmaqda günahlandırmışdı.

Sonxeber.az