Altun: "Suriyadakı insanlıq faciəsinə qarşı bütün lazımi addımlar atılacaq"

Altun: "Suriyadakı insanlıq faciəsinə qarşı bütün lazımi addımlar atılacaq"

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Suriyada insanlıq faciəsinə qarşı bütün lazımi addımların atılacağını bildirib. Fəxrəddin Altun Twitter səhifəsində etdiyi şərhdə, "Suriyada yaşanan insanlıq faciəsinə qarşı Türkiyə olaraq hər zaman siyasi həll və diplomatiyadan yana səylərimizi davam etdirdik. Bundan sonra bütün lazımi addımları ataraq bölgədə sabitliyin təmin olunması üçün mübarizəni davam etdirəcəyik. Sülhün açarı Türkiyədir", - deyə bildirib. Altun PKK, YPG/PYD rəhbərliyinin iştirakıyla Avropa Parlamentində konfrans təşkil edilməsiylə bağlı isə bunları deyib: "Avropa illərdir PKK-nın terror fəaliyyətlərinə göz yumur. İndi daha da irəli gedərək PKK/YPG terrorçularını Avropa Parlamentində qəbul edirlər. Əgər Avropa terrorist olaraq qəbul edilən bu təşkilatı və onun fəaliyyətlərini durdurmayacaqsa, ortaq təhlükəsizlikdən necə söz edə bilərik? Türkiyəni insan haqları mövzusunda haqsız olaraq ittiham etmək üçün bir saniyə belə itirməyən avropalılar terrorçulara qarşı həqiqətən addım atmaq məsələsində səssiz qalırlar." PKK terrorçularının Avropadan söz azadlığı adı altında ölkəmizə hücum planlaşdırma məkanı olaraq istifadə etdiyini vurğulayan Altun qeyd edib ki, "Avropa öz ikili standartlarından əl çəkməli və ortaq regional təhlükəsizliyə həqiqətən də əhəmiyyət verdiyini göstərməlidir. Kifayətdir artıq!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31