Pilot yardım edən sürücünün üstündən təyyarə ilə keçdi

Pilot yardım edən sürücünün üstündən təyyarə ilə keçdi

Tailandın "Nok Air" aviaşirkətinə məxsus təyyarə onu çəkən buksirin üstünə çıxıb. Nəticədə buksirin sürücüsü ölüb.

Bu barədə videonu "The Bangkok Post" paylaşıb.

Hadisə bu gün səhər Banqkok şəhərinin "Don Muanq" aeroportunda baş verib.

Məlumata görə, bədbəxt hadisə təyyarə reysə hazırlaşarkən baş verib. Sürücü texniki səbəblərdən buksiri dayandırmalı olub, lakin layner hərəkətə davam edib.

sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31