İsrail ordusu Suriyada sərnişin təyyarəsini vurdu
İsrail ordusu Suriyada sərnişin təyyarəsini vurdu
7 Fevral 2020 16:49 Dünyaİsrail ordusu Suriyada sərnişin təyyarəsinə eniş edən zaman raket zərbələri endirib
Bu barədə Rusiya Müdafiə nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, İsrail ordusuna məxsusu F-16 qırıcı təyyarələri ötən axşam "hava-yer" tipli raketlərdən Dəməşq ətrafına hava zərbələri endiriblər. Bu zaman göyərtəsində 172 sərnişin olan Airbus-320 sərnişin təyyarəsi hava limanına eniş edirmiş. Təyyarə Tehran-Dəməşq reysini həyata keçirirmiş. Hava zərbələri nəticəsində təyyarə Dəməşq hava limanına deyil, Hmeymimdəki Rusiyaya məxsus aviabazaya eniş etməli olub.
Rusiya Müdafiə nazirliyi onu da bildirib ki, Suriya tərəfi də sərnişin təyyarəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə cavab atəşi ilə Hava-Hücumundan Müdafiə Sistemi raketlərindən atılan raketləri zərərsizləşdirməyə çalışıblar.
Ölkə.Az